COVID-19 vaksini

COVID-19 vaksini — COVID-19 xəstəliyinə qarşı insanlarda imuniteti təmin etməyi hədəfləyən biyoteknoloji peyvənd. 231 peyvənd namizədi hələ tədqiqat mərhələsindədir və bunlardan heç birinin təhlükəsizliyini və effektivliyini sübut edən klinik sınaqlar hələ tamamlanmamışdır. Avqust ayında ən azı 24 peyvənd namizədi elan edildi və ya klinik sınaqlara məruz qaldı. Bunlardan 6-sı III, 18-i I–II sınaq mərhələlərindədir. 2020-ci il fevral ayının sonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna qarşı bir peyvəndin 18 aya hazır olacağına ümid etdiyini açıqladı. Peyvəndin yaradılması virusun davamlı mutasiyası ilə çətinləşir. Effektivliyi insan orqanizmində immunitet reaksiyası yaratmaq qabiliyyətindən asılıdır. 2020-ci ilin avqust ayında Rusiyada Gam-COVID-Vac adlı bir rus peyvəndi qeydiyyata alındı.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search